Avtomobilinizin salonunda haqqında məlumatsız olduğunuz düymələr - FOTO

Heç düşünmüsünüzmü ki, avtomobilinizdə heç vaxt istifadə etmədiyiniz, amma həyatınızı xeyli asanlaşdıra biləcək düymələr ola bilər?
Avtosfer.az-ın verdiyi xəbərə görə, Pravda.ru avtomobil ekspertlərinə istinadla bununla bağlı məlumat yayıb.
Bildirilir ki, tez-tez nəzərdən qaçırılan azı üç belə funksiya var:
Auto
Bu düymə iqlim-kontrol sistemi olan avtomobillərdə mövcuddur. Adi kondisionerdən fərqli olaraq, iqlim-kontrol salonun içərisində seçilmiş temperaturu sabit saxlayır. "Auto" düyməsini basmaqla isitmə və ya soyutma avtomatik tənzimlənir və əl ilə ayarlamaya ehtiyac olmadan komfortlu şərait yaradılır.
AM
"AM" düyməsi avtomobillərin audio sistemlərində, xüsusilə 2012-ci ildən əvvəl buraxılmış modellərdə rast gəlinir. Gündəlik həyatda bu dalğa diapazonu nadir istifadə olunsa da, fövqəladə hallarda bir çox dövlət və özəl təşkilatlar mühüm məlumatları məhz AM dalğaları vasitəsilə yayımlayır. Bu funksiyadan xəbərdar olmaq kritik vəziyyətlərdə faydalı ola bilər.
Qapı kilidi
Qapı kilidinin yanında yerləşən bu düymə qapının içəridən açılmasını bloklayır. Bu, xüsusilə uşaqlar daşınarkən vacibdir, çünki hərəkət zamanı qapının təsadüfən açılmasının qarşısını alır. Funksiya aktivləşdikdən sonra qapını yalnız kənardan açmaq mümkün olur ki, bu da əlavə təhlükəsizlik təmin edir.
(oxu.az)
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












