Avtomobillərin elektron sürət məhdudiyyəti sistemi məcburi olacaq

Avropa Parlamenti, Avropa Şurası və Avropa Komissiyası yol təhlükəsizliyinin yüksəldilməsi ilə bağlı reqlament üzrə ilkin razılığa gəliblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mətbuat xidməti məlumat yayıb. Məlumatda avtomobil istehsalçılarının yeni qaydalara uyğun olaraq, 2022-ci ildən etibarən Avropa İttifaqında (Aİ) satılan maşınları bir sıra yeni təhlükəsizlik sistemləri ilə təchiz etməyə məcbur ediləcəyi göstərilib.
Sənəddə, ümumilikdə, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş 15 sistem göstərilib ki, bunların bir çoxunu artıq yeni avtomobil modellərində görmək olar. Belə sistemlərdən biri elektron sürət məhdudiyyəti texnologiyasıdır. "Intelligent Speed Assistance" (ISA) texnologiyası özündə yol hərəkət nişanlarını tanıyan və avtomobilin sürətini izləyən GPS sisteminə qoşulmuş kameranı ehtiva edir. Əldə edilən məlumatlar əsasında sistem sürücüyə optimal sürəti təklif edir, zəruri hallarda isə idarəetməyə müdaxilə edir və avtomobilin sürətini məcburi qaydada azaldır.
Artıq "Volvo", "Citroen", "Fiat", "Ford", "Honda", "Jaguar Land Rover", "Mercedes", "Renault" və "Peugeot" kimi aparıcı avtomobil istehsalçıları öz modellərində bu cür texnologiya tətbiq edib. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurasının (ETSC) məlumatlarına görə, bu texnologiyanı sınayanların əksəriyyəti ondan razı qalıb. ETSC bu sistem sayəsində toqquşma sayının 30%, yolda ölüm hallarının isə 20% azalacağını gözləyir.
Siyahıda zolaqda qalma sistemləri, təcili əyləc sistemləri, qəza testlərinin nəticələri əsasında təhlükəsizlik kəmərlərinin yaxşılaşdırılması, qara qutular, yol qəzasının səbəblərini müəyyənləşdirmək üçün istifadə edilə bilən yan qeydiyyat cihazları, sürücünün yolu nə dərəcədə diqqətli izlədiyini qeydə alan sistemlər kimi digər yeni texnologiyalar da var.
Avropa Komissiyasında ümid edirlər ki, belə tədbirlər 2038-ci ilə qədər azı 140 min ciddi xəsarətlərdən qaçmağa və 25 mindən artıq insanın həyatını xilas etməyə imkan verəcək.
Gələcəkdə razılaşdırılan reqlament sənədi Avropa Parlamentində səsverməyə, sonra isə Avropa Şurasında təsdiqlənməyə çıxarılacaq.
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?










