Avtomobillərin qiyməti nə qədər qalxacaq? - VİDEO

Bu gündən artıq Azərbaycana gətirilən avtomobillərdən aksiz vergisinin tutulmasına başlanıb. Avtomobillərin mühərrik həcmi artdıqca onlardan tutulan aksiz vergisi də daha çox olacaq.
Avtosfer.az xəbər verir ki, artıq ölkəyə idxal olunan avtomobillərə yeni aksiz vergisinin tətbiqinə başlanıb. Bu, vergilər məcəlləsinə edilən son dəyişikliklərdə öz əksini tapıb.
Yeniliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur. İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu addımın atılmasında məqsəd dövlət büdcəsində gömrük daxilolmalarının həcmini artırmaqdır. Buna görə avtomobillərin qiymətində də bahalaşma gözlənilir.
Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb.
Bu isə mühərriki 2 litr həcmində olan avtomobillərdə 200 manat, 2.2 litr həcmində olan maşınlarda 600 manat, 2.5 litr həcmində olan maşınlarda 1200 manat, 3 litr həcmində olan maşınlarda 2200 manat, 3.5 litr həcmində olan maşınlarda 3700 manat, 4 litr həcmində olan maşınlarda 7200 manat, 4.5 litrə həcmində maşınlarda 14700 manat, 5 litr həcmində olan maşınlarda isə 22200 manat artım deməkdir. Rəşad Həsənov bildirir ki, bu addımın atılmasındakı məqsədlərdən biri də həm ekoloji tarazlığı qorumaq, həm də daxili avtomobil istehsalına stimul verməkdir.
Məlumat üçün bildirək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsumu tutulur. Müşahidələr də göstərir ki, bu gün xaricdən gətirilən avtomobillər üçün gömrükdə ödənilən vəsaitlərin böyük hissəsi məhz aksiz vergisinə sərf edilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












