Avtomobilllərin icbari sığortası üzrə daxilolmalar 3% artıb

2018-ci ilin yanvar-dekabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 95 mln. 440,5 min manat təşkil edib.
Avtosfer.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, yanvar-noyabr ayları ilə müqayisədə sığorta haqlarının məbləğində 7 mln. 23,5 min manat və ya 7,94%, 2017-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 2 mln. 836,5 min manat və ya 3,06% artım müşahidə edilib.
Ötən ilin yanvar-dekabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 53 mln. 505,2 min manat olub ki, bu da yanvar-noyabr ayındakı göstəricidən 4 mln. 883 min manat və ya 10,04% çoxdur.
Ümumiyyətlə bu ilin yanvarın 1-nə olan məlumata görə, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmaların 56,06%-ni ödənişə yönəldib.
Ötən ilin yanvar-dekabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 1 mln. 174,5 min manat təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 51,6 min manat və ya 4,6% çox, 2017-ci il ilə müqayisədə isə 36,6 min manat və ya 3,02% azdır.
Ötən ilin yanvar-dekabr aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə ödənişlər 61,5 min manat olub ki, bu da noyabr ayındakı göstəricidən 6 min manat və ya 10,8% çox, bir il əvvəl ilə müqayisədə isə 39,6 min manat və ya 39,17% azdır.
Ümumiyyətlə bu ilin yanvarın 1-nə olan məlumata görə, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə daxilolmaların 5,24%-ni ödənişə yönəldib.
2018-ci ilin yanvar-dekabr aylarında avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 28 mln. 449,7 min manat təşkil edib. Bu, noyabr ayı ilə müqayisədə 2 mln. 632 min manat və ya 10,19%, 2017-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 5 mln. 902,8 min manat və ya 26,18% çoxdur.
Ötən ilin yanvar-dekabr aylarında avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 9 mln. 574,6 min manat olub ki, bu da yanvar-noyabr ayındakı göstəricidən 836,4 min manat və ya 9,57% çox, bir il əvvəl ilə müqayisədə isə 1 mln. 299,2 min manat və ya 11,95% azdır.
Ümumiyyətlə bu ilin yanvarın 1-nə olan məlumata görə, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin sığortası üzrə daxilolmaların 33,65%-ni ödənişə yönəldib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












