Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir

Bir müddət əvvəl sosial şəbəkədə Lidar sistemli avtomobil sürücülərinin videoları geniş yayılmışdı. Videolarda ümumi məzmun belədir: sükanı buraxıram, pedala toxunmuram, maşın özü gedir.
Bu videolar ekspertlər tərəfindən ciddi tənqid olundu və artıq yeni videolar demək olar ortaya çıxmır.
Avtosfer.az xəbər verir ki, ötən ay Teslanın qurucusu İlon Mask Lidar sistemlərini ciddi şəkildə tənqid etdi. Mask bir çox ölkədə (əslində Çini nəzərdə tutur – müəl.) ucuz texnologiyalarla pul qazanmaq istəyənlərin olduğunu bildirmişdi.
Doğrudur, Maskın şirkətlərində istehsal olunan sistemlər daha təkmil olsa da, hələ ki tam tətbiq edilmir. Teslanın FSD (“full self driving”, yəni tam avtomatik idarəetmə) sisteminə cəmi 3 Avropa ölkəsi – belçika, Niderland və Danimarka məhdud şəkildə icazə verib. Opsiyadan istifadənin aylıq qiyməti 99 avrodur (200 AZN).
Sistem avtomobili sərbəst şəkildə döndərə, sürəti uyğunlaşdıra və dayana bilir. Lakin, bu funksiyalar heç bir halda sürücünü qəza zamanı məsuliyyətdən azad etmir. Onun fiziki müdaxiləsinin yoxluğu cəzalanmayacağına hüquqi əsas yaratmır.
Tesla yeni sistemin Fransada tətbiqinə icazə almaq üçün çalışsa da, hələ ki buna nail ola bilməyib. Tesla FSD-nin avtomobili insandan 7 dəfə daha təhlükəsiz idarə etdiyini deyir. Lakin, Nəqliyyat Nazirliyinin ekspertləri fransızların yaralı yeri olan 2 nöqtəni tapıblar. Məlum olub ki, sistem sürət rejimini pozmağa meyllidir. Misal üçün, maksimal sürətin saatda 50 kilometr olduğu yolda, digər avtomobillərin daha sürətli getdiyi “görən” sistem ritmə uyğunlaşmaq üçün sürəti saatda 70 km/saatadək artırır. Bu zaman sürücünün rəyi soruşulmur. Bəzi hallarda isə sistem icazə verilən sürət həddini 50 faizədək aşıb.
Digər ciddi problem sürücünün diqqətinin azalması və arxayınlıq yaranmasıdır. Məlum olub ki, FSD sistemi yol ayrıclarını keçmə, dairədə hərəkət və zolaq dəyişdirilməsi kimi mürəkkəb əməliyyatlarda çətinlik çəkir, sürücünün aktiv müdaxiləsi tələb olunur. Sürücü isə ixtiyarı FSD-yə verdikdə ortaya xoşagəlməz hallar çıxır.
Hələlik Avropa ölkələri arasında avtonom və tam avtomatlaşmış idarəetmə ilə bağlı fikir mübadilələri davam edir. Sistemlər durmadan təkmilləşir. Lakin heç bir ölkə avtonom və ya avtomat idarəetmə sisteminə malik avtomobillərin sürücülərini inzibati və cinayət məsuliyyətindən azad etmək barədə düşünmür.
Avtonom və avtomatik idarəetmə sistemləri başlıca olaraq süni intellektə əsaslanır. Bu günlərdə bir isveçrəli bioloq məsələyə çox maraqlı münasibət bildirmişdi. Alim deyirdi ki, bəşər övladı min illərdir yük heyvanlarından (at, dəvə, uzunqulaq) istifadə edir. Bir insan at arabasında evinə qayıdarkən arxayın şəkildə yata bilər. Heyvan onu təhlükəsiz şəkildə mənzil başına çatdıracaq. Süni intellekt isə hələ ətrafı at səviyyəsində “tanımır”. Bu çətinliyin aradan qaldırılması üçün hələ illər lazımdır.
Vüqar Yaşaroğlu
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO
Mitsubishi Pajero ailəsi yeni modellərlə genişlənəcək










