Azərbaycanda avtomobil almaq istəyənlər hara müraciət edir? – SORĞU

Azərbaycanda avtomobil satmaq istəyənlər indi daha çox saytlarda elan verirlər. Alıcılar isə avtomobil satış bazarlarına və maklerlərə üz tutmaqdansa elə elan saytlarını izləməyə üstünlük verirlər.
Bunu internetdə və şəhər sakinləri arasında aparılan sorğular da təsdiqlədi:

Çörəyi vasitəçilikdən çıxan maklerlər də zəmanənin nəbzini tutaraq maşın bazarlarında günlərini keçirməkdənsə keçiblər internet üzərindən işləməyə.
Çünki, saytlarda sərfəli təklif yerləşdirilərkən həmin elanı ilk görən və satıcı ilə ilk əlaqə saxlayan şəxs uduşda olur.
Bugün Azərbaycanda məhz avtomobil alqı satqısı üzrə ixtisaslaşmış 20-dən artıq internet sayt fəaliyyət göstərir. Onlardan bir neçəsi isə kifayyət qədər populyardır və alıcılar daima həmin saytları yeniləyirlər.
Avtomobil elanları saytlarını araşdırarkən bütün elanları emal edən bir mobil tətbiq də rastımıza çıxdı. SKAT.AZ adlanan bu tətbiq elanları filtrdən keçirərək yalnız lazım olanları mobil telefona göndərir. Görünən odu ki, bu mobil tətbiqdə axtarış üzrə sifariş verəndən sonra saytları daima refresh eləməyə ehtiyac qalmır.
Deməli, Android ya iOS sistemi olan smartfonlarda yüklənən SKAT.AZ tətbiqində lazım olan brend, model, il, qiymət diapazonunu qeyd edirsiz və avtomobil elanı saytlarında sizin qeyd etdiyiniz parametrlərə uyğun elan yerləşdirilən kimi bu barədə telefonunuzun ekranında bildiriş gəlir. Bildirişdə sizin sifarişiniz üzrə ilkin məlumatlar əks olunur. Daha ətraflı məlumatları linklə keçid edərək həmin saytdan əldə edirsiz.
Belə görünür ki, texnologiyanın inkişafı ilə bir çox peşələr sıradan çıxdığı kimi belə proqramların yayılması ilə maklerlərə də artıq ehtiyac qalmayacaq.

"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?












