Azərbaycanda “Peugeot” avtomobillərinin istehsalı başlayıb

Neftçala Sənaye Məhəlləsinin bazasında “Khazar” markası altında “Peugeot” avtomobillərinin istehsalı başlayıb. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə “Azərmaş” şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib. Şirkət rəsmisinin sözlərinə görə, hazırda müəssisənin istehsalat gücü ilə bir neçə “Peugeot” avtomobili istehsal olunub: “Avtomobillər avtomatik transmissiya ilə təchiz edilib. Onlar ay ərzində sınaqdan keçiriləcək, seriya istehsalı isə mart ayından başlayacaq. Avtomobilin komplekt hissələri İrandan tədarük olunur. İlk mərhələdə avtomobillər daxili bazarda satılacaq, perspektivdə isə region ölkələrinə ixrac planlaşdırılır”.
G.Namidar əlavə edib ki, mühərrikin həcmindən asılı olaraq “Peugeot Khazar” avtomobilinin qiyməti 19,5 min manatdan 21 min manatadək dəyişəcək.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












