Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı? - FOTO

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində avtonom nəqliyyat vasitələrinin tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.
Xatırladaq ki, son illər dünyada sürücüsüz avtobuslar, uzaqdan idarə olunan qatarlar və digər avtonom texnologiyaların tətbiqi genişlənir. Qanunvericilikdə aparılan yeni dəyişikliklər nəticəsində "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi yeni anlayışlar təsbit olunub, sürücüsüz nəqliyyatın qanuni əsaslarla istismarına imkan yaradılıb.
Maraqlıdır, yeni qaydalar çərçivəsində bu nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti necə təmin olunacaq və yollarda hansı çətinliklər yaşana bilər?

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, birinci növbədə hüquqi bazanın genişləndirilməsinə ciddi ehtiyac var:
"Bu baş tutsa, dünya trendinə qoşulmuş oluruq. Dünyanın bir çox ölkələrində bu mexanizm işləyir. Azərbaycana artıq avtonom nəqliyyat vasitələri gətirilir və hüquqi bazanın indidən formalaşdırılması vacibdir. Cənab Prezidentin imzaladığı Sərəncamla qanunların təsdiq edilməsi məsələsi öz həllini tapır. Dünyada dənizlərdə avtonom gəmilər, metroda və dəmir yollarında maşinistsiz qatarlar, yollarda avtobuslar və tırlar avtonom rejimdə işləyir. Hava nəqliyyatında da sərnişin və yük daşınması üçün böyük dronların istifadəsi mümkündür. Sadəcə, Azərbaycanda bunun hüquqi bazası yox idi”.
Elməddin Muradlı qeyd edib ki, yol infrastrukturu və nişanlanma problemləri avtonom nəqliyyatın hərəkətində ciddi çətinliklər yarada bilər:
"Müəyyən tələblər ortaya qoyulmalıdır: hansı qurumlar və hansı formada nəzarət edəcək, bu nəqliyyat hansı ərazidə və ya yolda hərəkət edə biləcək. Azərbaycanın bütün yolları bu gün avtonom nəqliyyat vasitələrinin hərəkəti üçün ideal deyil. Avtonom nəqliyyat nişanları, xətləri və svetoforları tanıyır. Amma svetofor işləməyəndə, ağacların arxasında gizlənən nişanlar olanda və ya yol xətləri silinəndə problem yaranacaq. Canlı insan olan sürücü nizamlanmayan yol ayrıcını keçmək qaydalarını bilir, amma avtonom nəqliyyat buna hazırdırmı? Bu mexanizm elə tətbiq olunmalıdır ki, ideal yol anlayışı həqiqətən təmin edilsin. Əks halda, xüsusilə şəhər daxilində çox ciddi problemlər yaşana bilər”.
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












