Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA

Hazırda avtomobil bazarında geniş yayılmış problemlərdən biri nəqliyyat vasitələrinin alqı-satqısının birbaşa mülkiyyət dəyişikliyi ilə deyil, etibarnamə vasitəsilə həyata keçirilməsidir. Bəzi hallarda isə avtomobil mülkiyyətə çevirmək istənildiyi zaman ya artıq satılmış və ya ləğv edilmiş olur.
Avtosfer.az xəbər verir ki , mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Samuran Səmədbəyli bildirib ki, etibarnamə mülkiyyət sənədi deyil.
Onun sözlərinə görə, vətəndaş avtomobilə pul ödəyir, faktiki olaraq alıb istifadə etsə də, hüquqi baxımdan avtomobil əvvəlki sahibinin adında qalır: “Bu isə gələcəkdə həmin şəxsin qarşısına ciddi problemlər çıxara bilər. Məsələn, etibarnamə ləğv oluna, müddəti başa çata və ya avtomobilin əvvəlki sahibi ilə bağlı müxtəlif hüquqi məsələlər yarana bilər. Hətta vətəndaş avtomobili sonradan öz adına keçirmək istədikdə əvvəlki sahibin razılığına və iştirakına ehtiyac yarana bilər. Həmin şəxslə əlaqə saxlamaq mümkün deyilsə və ya avtomobil artıq başqa hüquqi vəziyyətə düşübsə, proses daha da çətinləşir”.
Ekspert qeyd edib ki, avtomobil alarkən yalnız etibarnamə ilə kifayətlənilməməlidir: “Avtomobilin pulunu ödəməklə yanaşı, həmin nəqliyyat vasitəsinin hüquqi mülkiyyətini də öz adlarına rəsmiləşdirsinlər. Çünki etibarnamə sizə avtomobildən istifadə etmək və müəyyən hərəkətləri həyata keçirmək səlahiyyəti verə bilər, amma sizi avtomobilin mülkiyyətçisinə çevirmir. Düşünürəm ki, bu sahədə də gələcəkdə daha şəffaf və rəqəmsal mexanizm qurulmalıdır. Avtomobil satıldığı anda alqı-satqı elektron qaydada rəsmiləşdirilməli və mülkiyyətçi məlumatı dərhal dəyişdirilməlidir. Yəni sadə formada desək, avtomobilə pul vermisinizsə, sənəddə də sahibi siz olmalısınız. Etibarnamə ilə avtomobil almaq isə mülkiyyətin əvəzi kimi qəbul edilməməlidir”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, vətəndaş etibarnamə ilə avtomobili alırsa, mütləq satıcıya nə qədər məbləğda pul ödədiyini təsdiq edən hər hansısa bir sənədinin olması vacibdir: “Çünki gələcəkdə həmin maşını satan vətəndaş etibarnaməni ləğv etmək istədikdə və ya dünyasını dəyişsə bu zaman alan şəxs varislərindən tələb edə bilər ki, ona yeni baş etibarnamə verilsin. Əgər əldə ödəmə ilə bağlı hər hansısa sənəd yoxdursa sonra bunu sübut etmək çətindir”.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











