Azərbaycanda yeni model "Peugeot" istehsal olunacaq

Yaxın aylarda Neftçala sənaye məhəlləsində “Peugeot 207” avtomobil modellərinin istehsalı başlayacaq. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə “Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, istehsal bu ilin yayında başlayacaq: “Avtomat ötürücülər qutusu ilə təchiz edilən avtomobilin qiyməti 17 500 manat təşkil edəcək. Hazırda biz Fransa tərəfi ilə danışıqlar aparırıq və bəzi detalları müzakirə edirik. İstehsala iyul ayının ilk günlərində başlamağı planlaşdırırıq”.
O qeyd edib ki, fevral ayından başlayaraq Neftçala sənaye məhəlləsində “Peugeot 407” modellərinin yığılmasına start verilib və istehsal olunan avtomobillər daxili bazarda 17 500 manatdan satışa çıxarılıb.
Xatırladaq ki, “Azərmaş” zavodunun rəsmi açılışı 2018-ci il martın 29-da baş tutub. Zavodun təsisçiləri İranın “IranKhodro” və Azərbaycanın “AzEuroCar” şirkətləridir.
2018-ci il ərzində zavodda mindən çox “Khazar” avtomobili istehsal olunub. Bu il daha 3 min avtomobilin istehsalı planlaşdırılır.
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












