Bağçadan oğurluq edən şəxs saxlanılıb - Şəmkirdə

Şəmkir rayonunda bağçadan oğurluq edən şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Belə ki, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsinin rəhbərliyi rayon polis şöbəsinə müraciət edərək gecə naməlum şəxs və ya şəxlərin gizli yolla daxil olaraq oradan 2 ədəd kompüter, 2 ədəd DVD və digər qiymətli əşyaları oğurladığını bildirib.
Bundan sonra Şəmkir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurlanan əşyalar aşkarlanaraq istintaqa təhvil verilib.
O, ilkin dindirmə zamanı törətdiyi hadisəni etiraf edib və ifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












