Bakı-Qazax magistralında yol nişanları "itib" - VİDEO

Ölkənin əsas magistrallarından biri olan Bakı-Qazax yolunda yol hərəkətinin təşkili ürəkaçan səviyyədə deyil. Hər halda sürücülərin iddiası belədir. Çünki magistral boyu bir çox hissədə yola çəkilən ağ və sarı zolaqların rəngi ya solub, ya da ümumiyyətlə silinib. Avtosfer.az məlumatına görə, xüsusən dumanlı havalarda və gecə saatlarında sürücülərin köməyinə çatan bu zolaqların işıqqaytarıcılıq keyfiyyətini itirməsi də sürücülərə çətin anlar yaşadır. Bu, bəzi hallarda sürücülərin qayda pozmalarına və avtoqəzaların baş verməsinə səbəb olur. Problem təkcə yolun Gəncədən Qazaxa qədər olan hissəsində deyil. Analoji hal avtomagistralın Goranboy rayonundan keçən bəzi hissələrində də müşahidə edilir. Yağıntılı və dumanlı hava şəraitində isə ümumiyyətlə xətlər görünmür. Yolun Ucar rayonundan keçən hissəsində də vəziyyət heç də fərqli deyil. Burada da sürücülərin ən böyük çətinliyi zolaqların silinməsi və ya işıqaytarıcılıq keyfiyyətini itirməsidir.
Sürücülərin ən böyük istəyi yolda zolaqların yenidən rənglənməsidir.
Məsələyə münasibət bildirən Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli deyir ki, avtomagistralda zolaqlara çəkilən boyalar standartlara cavab verir və sırf yollara çəkilməsi üçün nəzərdə tutulub. Zolağın görünməsinin məhdudlaşmasıın səbəbi son günlər müşahidə edilən yağışlı havalardır. O ki qaldı bəzi hissələrdə zolaqların silinməsinə, Anar Nəcəfli bildirdi ki, həmin yol avtomagistral olduğu üçün mütəmadi olaraq qurumun əməkdaşları tərəfindən yoxlanılır və silinən yerlər yenidən boyanır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












