Bakıda bu yol 3 aylıq bağlanacaq – DYP-dən XƏBƏRDARLIQ

Bakıda Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən və Keşlə qəsəbəsindən keçən dəmiryolu keçidində sürət qatarının və ətrafda yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeraltı yol ötürücüsü tikilir. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, həmin ərazidə tunelin tikintisinə görə avtomobillərin hərəkəti 3 ay müddətinə məhdudlaşdırılır. Bunla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı var: “Əvvəllər sürət qatarları həmin ərazidən keçəndə dəmir yolu avtomobil yolu ilə kəsişdiyi üçün sürəti azaltmalı olurdu. Digər tərəfdən, insanların dəmiryolu xəttini keçməsi də təhlükə yaradırdı. Yeni tunelin tikintisindən sonra avtomobillər tunellə birbaşa hərəkət edəcək. Həmçinin, piyadalar da tuneldən keçə biləcəklər Sürücülərdən bunu nəzərə almağı xahis edir və tövsiyə edirik ki, alternativ yollardan istifadə etsinlər”.
Elmin
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?












