Bakıda kafedə bıçaqlanan şəxs polisi aldatdı

Bakıda kafedə bıçaqlanma olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Xəlilov İlham Bayram oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə 3 saylı şəhər Klinik Xəstəxanasına gətirilib.
Yaralı polisə bildirib ki, guya evlərində yıxılaraq xəsarət alıb.
Araşdırmalar zamanı məlum olub ki, yaralı polisə yalan məlumat verib.
Polisin keçirdiyi əməliyyat zamanı İ.Xəlilovun Mərdəkan qəsəbəsindəki Abşeron sanatoriyasının həyətindəki kafedə yeyib içəndən sonra tanışı, 1969-cu il təvəllüdlü Nəzəri Pərviz Soltan oğlu ilə mübahisə etdiyi və onun tərəfindən bıçaqlandığı müəyyən edilib.
P.Nəzərli saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












