Bakıda PULSUZ parkinq yerləri BU ƏRAZİLƏRDƏDİR

Avtomobil sürücülərinin tez-tez şikayət etdiyi məsələlərdən biri də pulsuz parkinqlərlə bağlıdır.
Maraqlıdır ki, paytaxtımızda pulsuz parklanma yerləri varmı? Varsa, hansı ərazilərdə yerləşir?
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Redaktor.az-a açıqlamasında yerüstü parkinqlərin pulsuz olmadığını qeyd edib:
“Bakı şəhərindən kənarda pulsuz parklanma yerləri çoxdur. Suraxanı, Sabunçu, Qaradağ, Binəqədi və s. rayonlarda bununla bağlı heç bir problem yoxdur. Mərkəzə yaxınlaşdıqca pulsuz parklanma ilə bağlı problemlər yaranır. Pulsuz parklanma üçün dövlət tərəfindən ayrılmış ərazilər var. Lakin orada da qeyri-qanuni ödəniş tələb olunur. Bakı şəhəri ərazisində parklanmanın təşkili və nəzarəti ötən ildən Bakı Nəqliyyat Agentliyinə həvalə olunub. Lakin Bakı şəhər İcra Hakimiyyəti bunu hələlik tam təhvil verməyib. Bakı Nəqliyyat Agentliyinə məxsus olan iki parklanma yeri Azadlıq Meydanı və “Qış Parkı”nın altındadır. Hazırda yerüstü parkinqlər pulsuz olmalıdır”.
Pulsuz parkinq üçün talon verilməsi qərarına da münasibət bildirən ekspert hesab edir ki, bu talon məhz həmin ərazidə istifadə edilə bilər:
“Bu qərarla bağlı Bakı Nəqliyyat Agentliyi bir neçə ay əvvəl Nazirlər Kabinetinə təklif vermişdi. Şəhərin infrastrukturu dəyişdikcə, sürücülər parklanma yeri tapmaqda çətinlik çəkirlər. Talon avtomobildə görünən hissəyə yapışdırılmalıdır. Talon yanlız bir maşın üçün verilir. Ailədə 2-3 maşını olan varsa, hər biri ayrı-ayrılıqda talon ala bilər. Talon almaq üçün yaşayış yeri, şəxsiyyət vəsiqəsi və avtomobilə aid sənədlərlə müvafiq quruma müraciət etmək lazımdır”.
Ekspert pullu parkinqlərlə bağlı təklif edib ki, bu ərazilərdən istifadə edən bəzi sürücülərə limitsiz aylıq kart verilməlidir:
“Hazırda parkinq qiymətləri sərfəli deyil. Bu baxımdan, iş yerinə uyğun olaraq pullu parkinqdən istifadə edən şəxslərə aylıq kart ayrılmalıdır. Bu kartın aylıq qiyməti isə 30-40 manat civarında ola bilər”.
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...











