Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR

Bakının avtomobil bazarında növbəti rekord qiymətə malik lüks nəqliyyat vasitəsi satışa çıxarılıb. Ölkənin məşhur elan platformalarından birində yerləşdirilən elanda 2024-cü il istehsalı olan "Lamborghini Urus" modeli alıcılara təqdim olunub.
Avtosfer.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən avtosalonlardan biri tərəfindən satışa təklif edilən diqqətçəkən yaşıl rəngli lüks offroader üçün fantastik qiymət müəyyənləşdirilib. Belə ki, avtomobilin satış qiyməti 348 000 ABŞ dolları (təxminən 591 600 manat) təşkil edir.
Superkar göstəricilərinə malik olan bu krossoverin texniki parametrləri də öz dəyərinə uyğundur. Nəqliyyat vasitəsi 4.0 litrlik həcmə və 666 at gücünə malik benzin mühərriklə təchiz edilib. Cəmi 3 000 kilometr yürüşü olan tam ötürücülü avtomobil avtomat sürətlər qutusu ilə idarə olunur.
Satıcının təqdim etdiyi məlumata əsasən, avtomobil tamamilə idealdır, heç bir vuruğu və rəng dəyən yeri ("bezkraska") yoxdur. Rəsmi dilerdən əldə olunmuş nəqliyyat vasitəsinin rəsmi servis zəmanəti də davam edir. Bundan əlavə, avtomobilin kuzovu xarici təsirlərdən və cızıqlardan qorunmaq məqsədilə tam olaraq keyfiyyətli xüsusi PPF qoruyucu plyonka ilə üzlənib./yenisabah.az




Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












