Benzin və dizellə işləyən avtomobillər ləğv ediləcək

Niderlandın paytaxtında benzin və dizel yanacağı ilə işləyən avtomobillərin istifadəsi qadağan ediləcək. Avtosfer.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, qadağa 2030-cu ildən qüvvəyə minəcək. Ölkənin nəqliyyat naziri Şaron Deyiksma iddia edirki, Amsterdamda hava çirklənməsi insan sağlamlığı üçün ən başlıca təhlükədir. Artıq təsdiq olunmuş proqrama əsasən, 2020-ci ildən etibarən Niderlandın paytaxtına yaşı 15-dən yuxarı olan dizellə işləyən avtomobillərlə daxil olmaq mümkün olmayacaq. 2022-ci ildən etibarən bu qadağa avtobuslara, 2025-ci ilə qədər isə skuter və motosikletlərə şamil olunacaq. Eyni zamanda yerli hakimiyyət orqanları vətəndaşların elektrik avtomobillərə keçməsini stimullaşdırmaq niyyətindədir. Belə avtomobillərin sürücülərinə parklama və enerji yığma xidməti haqqları qismən kompensasiya ediləcək. Amsterdamda müvafiq tədbirlərin görülməsinə baxmayaraq, hava çirklənməsinin qarşısını almaq mümkün olmadığı üçün bu proqram qəbul edilib. Hazırda havanın çirklənməsi Avropa üçün qəbul edilən normadan yüksəkdir.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










