BNA UEFA Avropa Liqasının final oyunu ilə bağlı görüş keçirib - FOTO

Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin məsul şəxsləri, dispetçerlər və xətt dəstə rəisləri ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxt Bakının nüfuzlu beynəlxalq idman turnirlərinin uğurla keçirildiyi məkana çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, son illər ölkəmizdə müşahidə edilən hərtərəfli inkişaf, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlər beynəlxalq və qitə miqyaslı idman qurumlarının Azərbaycana marağının artmasına səbəb olub.
İdarə Heyətinin sədri final oyunu ilə bağlı planlaşdırılan tədbirlərin icrası istiqamətində zəruri addımların atıldığını dedi. Vurğuladı ki, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məzh prosesə cəlb edilən dispetçerlər, xətt dəstə rəisləri və sürücülərin müəyyən edilən vəzifə və funksiyalarını tam məsuliyyətli, yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır. İdarə Heyətinin sədri bildirdi ki, peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların uğurla icrası baxımından vacib olan digər bir önəmli məqam vətənpərvərlik duyğularıdır. Tövsiyə olundu ki, nəqliyyat xidmətlərinə cəlb edilən hər bir əməkdaş, eyni zamanda, xalqımıza xas qonaqpərvərliyi nümayiş etdirməli, ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsi üçün səylərini səfərbər etməlidir.
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ


















