Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir

Amerikalı bloqer Manni Koşbin yeni aldığı “Bugatti Bolide”lə bağlı təəssüratlarını bölüşüb.
Avtosfer.az xəbər verir ki, lüks avtomobillərlə bağlı böyük təcrübəsi olan bloqer avtomobilin istismar xərclərinin çox yüksək olduğu qənaətindədir. Yanacaq sərfiyyatı çoxdur, istismar mayelərinin dəyişdirilməsi, servis haqqqı və sair çox bahadır. Bu öz yerində.
Bloqeri təəccübləndirən məsələ şinlərlə bağlıdır. Məlum olub ki, avtomobil müştəriyə 2 tip şinlə təhvil verilir. Birinci tip sırf şəhərdə kiçik sürət üçündür. İkinci tip isə məhz yarış meydançasında maşının 1600 at gücü göstərmək üçün nəzərdə tutulub. Bu şinlərin ömrü isə cəmi 60 kilometrdir. Bundan sonra bütün komplekt dəyişməlidir. Bir təkər və disk 7000 dollardan bahadır. Bura servis və çatdırılma daxil deyil.
Adi şinlərin də resursu çox da yüksək deyil. Təkərlər hər bir halda keyfiyyətli materialdan ahzırlansa da, böyük güc və yüksək sürət öz sözünü deyir. Bir də ki, avtomobilə 5 milyon dollar və daha çox pul xərcləməyə tərəddüd etməyən bir ərəb şeyxi üçün bir dəst şin üçün 30-40 min dollar vermək çoxmu ağırdır?
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












