Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqedici sənədi əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən, ölkə üzrə isə ümumilikdə 10 ədəddən artıq olmamaq şərti ilə raritet avtonəqliyyat vasitələrinin idxalı gömrük rüsumundan azad ediləcək.
Hazırda qüvvədə olan qaydalara görə, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş, həmçinin zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab olunur.
Təklif olunan dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlərlə tənzimlənəcək:
-
idxalın müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
-
idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının bir şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən, ölkə üzrə isə ümumilikdə 10 ədəddən çox olmaması.
Qeyd edilib ki, bu dəyişiklik raritet avtonəqliyyat vasitələrinin idxalçıları üçün xərclərin azalmasına şərait yaradacaq.
Könül Rauf
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












