Bu avtomobillərin idxalı ƏDV və rüsumlardan azad edilir

Raritet avtonəqliyyat vasitələrinin idxalına dair yeni güzəştlər tətbiq olunacaq. Avtosfer.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsində əksini tapıb.
Hazırkı qanunvericiliyə əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal halına qaytarılmış, istehsal tarixindən 40 ildən artıq vaxt keçmiş nəqliyyat vasitələri raritet avtomobillər hesab olunur.
Təklif olunan dəyişikliklərə görə, belə avtomobillərin idxalı müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçiriləcək və bu zaman ƏDV, aksiz və gömrük rüsumlarından azad ediləcək. Şərtlərə əsasən, bir şəxs təqvim ili ərzində maksimum 1 raritet avtomobil idxal edə biləcək, ölkə üzrə isə bu rəqəm 10 ədəddən çox olmayacaq.
Qeyd olunub ki, sözügedən güzəştlər raritet avtomobillərin idxalı ilə məşğul olan şəxslərin xərclərinin azalmasına şərait yaradacaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Könül Rauf
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












