Bu dəfə məmurlar üçün qazla işləyən avtomobil alınacaq – TARİXİN TƏKRARI

Keyfiyyətli və yerli avtomobil istehsalına heç bir vəchlə nail ola bilməyən Rusiyada indi başqa çıxış yolu axtarılır.
Avtosfer.az xəbər verir ki, Rusiyanın Maliyyə Nazirliyi dövlət satınalmaları haqqında qanuna yeni düzəliş təklif edib. Təklifə görə məmurlar üçün alınacaq avtomobillər qaz və ya elektrik mühərriki ilə təchiz olunmalıdır.
Benzin və ya Dizel mühərrikli avtomobil alınması üçünsə xüsusi əsaslandırma tələb ediləcək. Dəyişiklik qəbul edilərsə, mayın 1-də qüvvəyə minəcək.
Rusiyalı ekspertlər bu ideyanı bəri başda səmərəsiz hesab edirlər. Çünki ölkədə yetərli qaz infrastrukturu və qaz mühərrikli avtomobil istehsalı mövcud deyil. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının qurultayında növbəti 10 il üçün planlardan biri də avtobusların və yük avtomobillərinin bütünlüklə dizelləşdirilməsi və ya qazlaşdırılması idi. Lakin 60-70-ci illərdə layihələndirilmiş benzin mühərrikli yük avtomobilləri 2000-ci illərin əvvəllərinədək istehsal edildi. Hətta bu gün Rusiya bazarı üçün V8 benzin mühərrikli PAZ avtobus istehsal edilir. “Jiquli”lər üçün Dizel mühərriki layihəsi də fiasko ilə nəticələnib.
Ən əsası isə, heç bir rus məmur Mercedes, Audi və ya Toyotadan əl çəkmək istəmir.
Vüqar
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır










