Bu il nə qədər taksinin lisenziyası ləğv edilib?

2025-ci ilin əvvəlindən bugünədək 4000-dən çox taksinin lisenziyası ləğv edilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Modern.az"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, taksi fəaliyyəti ilə bağlı islahatlar həyata keçirilmədən əvvəl bu sahədə xaotik vəziyyət hökm sürür, təhlükəsizliklə bağlı vəziyyət isə aşağı səviyyədə idi.
"Bu sahədə həyata keçirilən islahatlar nəticəsində bir sıra mühüm nəticələr əldə edilib. AYNA tərəfindən bu sahəyə daim nəzarət həyata keçirilir. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə "E-taksi” alt sistemi yaradılıb və taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir. Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün "rəqəmsal əkiz”). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır”,- məlumatda deyilir.
Qeyd edilib ki, "Lisenziyalar və icazələr haqqında” Qanunda icazələrin ləğvi ilə bağlı müddəalar mövcuddur və uyğun olaraq, icazələrin ləğvi rəsmiləşdirilir. Əlavə olaraq qurumdan verilən məlumata görə, buraxılış kartları sənədlərdə olan uyğunsuzluq səbəbindən və icazə sahibinin müraciəti əsasında ləğv edilə bilir.
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB












