Banner

Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ

Avtoxəbər 30 Oktyabr 2026 11:00
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
WhatsApp kanalımıza abunə olun

Yaponiyanın avtomobil istehsalçısı “Subaru” 2028-ci ilədək Avropada benzin mühərrikli avtomobillərin satışını tamamilə dayandıraraq yalnız elektrikli modellərə keçməyi planlaşdırır.

Avtosfer.az xəbər verir ki, bu dəyişiklik markanın “Forester” və “Crosstrek” kimi populyar modellərini də əhatə edə bilər.

Qərarın əsas səbəbləri Avropada emissiya qaydalarının sərtləşdirilməsi və daxiliyanma mühərriklərinə uyğunlaşma xərclərinin artmasıdır. 2027-ci ilin noyabrından tətbiqi nəzərdə tutulan “Euro 7” standartları, eləcə də 2030-cu ilədək karbon emissiyaları ilə bağlı tələblərin sərtləşdirilməsi avtomobil istehsalçıları üçün əlavə investisiyalar tələb edir.

“Subaru”nun Avropadakı satışları ötən maliyyə ilində təxminən 23 min avtomobil təşkil edib. Şirkətin dünya üzrə ümumi satışları isə 890 min avtomobilə yaxın olub. Beləliklə, Avropanın qlobal satışlardakı payı 3 faizdən aşağıdır.

Məhdud satış həcmi və yeni ekoloji tələblərə uyğunlaşma xərcləri şirkətin Avropa bazarında elektrikli avtomobillərə üstünlük verməsinə təsir göstərən əsas amillər sırasındadır.

Plan həyata keçirilərsə, “Subaru” Avropada benzin mühərrikli avtomobillərin satışını tam dayandıran ilk Yapon istehsalçılarından biri olacaq.

Eltac Zülfüqaroğlu

Oxunub : 200
ŞƏRH YAZ
Ad

E-mail

Şərh