Bu ölkədə elektromobil velosipeddən ucuzdur - SƏBƏB

Xəbərin başlığı heç bir manipulyasiya, və ya “oxucu ovlamaq” məqsədi güdmür. Bu, reallıqdır.
Avtosfer.az xəbər verir ki, digər Avropa ölkələrində ən ucuz elektromobilin qiyməti 18 min avrodan yuxarı olduğu halda, İtaliyada bunu 3900 avroya əldə etmək mümkündür.
Məsələn, adi halda 17900 avro olan “Dacia Spring” 3900 avroya, 19 min avroluq “Leapmotor T03” isə 4900 avroya təklif edilir. Halbuki, ölkədə tanınmış brendlərin elektrikli velosipedləri 5000 avrodan bahadır. Bəs səbəb nədir?
Məsələ burasındadır ki, İtaliya hökuməti və istehsalçılar əhalini elektromobilə təşviq etmək üçün böyük subsidiya verir. Sadə dildə desək, 17900 avroluq elektromobilin 3900 avrosunu vətəndaş, qalan hissəsini isə dövlət ödəyir. Lakin bu güzəşt bütün italiyalılara şamil edilmir.
Bunun üçün ailənin illik gəlirinin 30 min avrodan (62 000 AZN) az olması barədə bəyannamə təqdim olunmalı, ailədəki Avro-5 və daha aşağı ekoloji standartlı avtomobili utilizasiyaya verməlidir.
Hökumət bu yolla avtoparkı yeniləmək, yaşı onu ötən maşınları yollardan yığışdırmaq istəyir.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












