Bu qurumlar avtomobilləri yarı qiymətə satır

Dövlət qurumlarının istifadəsində olmuş nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
Avtosfer.az xəbər verir ki, oktyabrın 20-nə planlaşdırılan satışda avtomobillər artıq 5-ci dəfə təqdim olunduğu üçün start qiymətlərinə 50 faiz ilkin endirim tətbiq edilib.
Satışa çıxarılan maşınlar arasında DTX-nin Heydər Əliyev adına Akademiyasına məxsus 2014-cü il istehsalı “Hyundai Equus” 12 000 manat, Dövlət İmtahan Mərkəzinin 2010-cu il “Volkswagen Passat”ı 3 800 manat, Dövlət Ehtiyatları Agentliyinin 2007-ci il “Chevrolet Niva 2123” modeli 1 900 manat start qiyməti ilə təqdim olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 1995-ci il “Mitsubishi L300” mikroavtobusu 1 750 manat, 1992-ci il QAZ 2410 isə 500 manat ilkin məbləğlə satışa qoyulub.
Memarlıq və İnşaat Universitetinə ait 2002-ci il “Peugeot 406” üçün 1 250 manat, Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinə məxsus 2000-ci il VAZ-21074 üçün isə 550 manat qiymət müəyyənləşdirilib.
Ümumilikdə hərracda qiymətlər 500 manatla 12 000 manat arasında dəyişir./yenisabah.az
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












