Bu şəhərdə elektromobil sahibi olmaq daha asandır - FOTO

İnsanları elektromobil sahibi olmaqdan çəkindirən əsas məsələ bahalıq deyil, doldurma şəbəkəsinin zəif olmasıdır. Amma bəzən əksinə də olur.
Avtosfer.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında elektromobil sahibləri üçün doldurma məntəqəsi problemi yoxdur. Qubernatorun məlumatına görə, ştatda 178 579 batareyadoldurma avadanlığı fəaliyyət göstərir. Onlardan 17 minə qədəri sürətli doldurma qurğusudur. Ölkədə yanacaqdoldurma avadanlıqlarının sayı isə 120 mindir.
Bu statistika ictimai mülkiyyətdə olan doldurma qurğularına aiddir. əhalinin evlərdə quraşdırdığı doldurma avadanlıqlarının sayı 700 mini ötür. Həm də söhbət ştatın mərkəzi olan Los-Anceles şəhərindən gedir.
Kaliforniya ştatının rəhbərliyi sıfır emissiyalı avtomobil şəbəkəsinin inkişafı üçün bir neçə həftə əvvəl 1,4 milyard dollar sərmayə ayırıb.

Sual oluna bilər ki, qubernator bu qədər vəsaiti müstəqil şəkildə necə ayıra bilir? 423 970 kvadrat kilolmetr sahəsi olan ştat iqtisadi gücünə görə ABŞ-də birincidir. Kaliforniya müstəqil dövlətə çevrilərsə dünyanın 5-ci iqtisadi gücü ola bilər. 2024-cü ildə ştatda ÜDM təxminən 4 trilyard dollar olub. Müqayisə üçün deyək ki, bu ştat ÜDM-in həcminə görə hər zaman Rusiyadan öndədir.
Vüqar Yaşaroğlu
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












