Bu yenilik avtomobillərin sığorta haqqını artıra bilər - RƏY

2020-ci ilin yanvarın 1-dən Azərbaycanda sığorta şirkətlərinin İcbari Sığorta Bürosuna (İSB) ödəmələri 2 dəfə artırılacaq. Avtosfer.az xəbər verir ki, məsələni "Finans.az"a şərh edən sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, artımın əsas səbəbi Tibbi Sığorta Agentliyin ödənilən vəsaitlə bağlıdır: Belə ki, İcbari Tibbi Sığorta haqqında qanuna əsasən İSB avtomobillərin icbarı sığortası ilə bağlı toplanmış sığorta haqqının 50%-ni İcbari Tibbi Sığorta Agentliyinin hesabına köçürməlidir: "Bu isə o deməkdir ki, sığorta şirkərləri əldə etdikləri sığorta haqqlarının əlavə olaraq 5%-ni İSB-ə ödəyəcək. Yəni artıq İSB sığorta şirkətlərindən 5% deyil, 10% məbləğ tutacaq ki, bunun yarısını Tibbi Sığorta Agentliyinə göndərəcək".
Ekspert əlavə edib ki, bu, icbari sığortada sığorta haqqına təzyiqi artıracaq: “Çünki 9 ildir ki, ölkədə sığorta haqqlarında heç bir dəyişiklik olmayıb. Amma bunun əvəzində 2 dəfə devalivasiya baş verib. Bundan da əlavə İSB-yə ödəniləcək faizin artırılması gələcəkdə sığorta ödənişlərini qarşılamaqla bağlı çətinliklər doğura bilər. Tutaq ki, bir avtomobil qəza törədir və onun sığorta ödənişi 5000 manatdır. Nəzərə alaq ki, bir avtomobilin icbari sığortası üçün ödənilən sığorta haqqı da 50 manatdır. Onda əgər əvvəllər bu qəza hadisəsinin sığorta ödənişini tənzimləmək üçün 100 maşından sığorta haqqı yığılırdısa, indi daha çox maşından yığılmalı olacaq. Bu səbəbdən, sığorta şirkətləri gələcəkdə sığorta ödənişlərini qarşılaya bilmək üçün sığorta haqqlarını artıra bilərlər”.
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ












