BYD-dən taksi operatorları və avtomobil parklae üçün yeni marka: Linhui

Çinli elektrikli avtomobil istehsalçısı BYD Co ənənəvi istehlakçı satışlarından kənara çıxaraq kommersiya elektrikli avtomobil bazarına yönəlmiş strategiyasını gücləndirmək məqsədilə avtomobil parkları və ride-hailing (taksi platformaları) operatorları üçün yeni alt markasını istifadəyə verib. BYD, taksi operatorları və avtomobil parkları üçün "Linhui" adlı yeni alt markasını təqdim edib. Avtosfer.az "Marja"a istinadən xəbər verir ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə edilən müraciətlərə görə, "Linhui" intensiv istifadə və kommersiya əməliyyatlarına uyğunlaşdırılmış şəkildə hazırlanıb. BYD, elektrikli avtomobil bazarında fərdi istifadəçilərdən sonra bu dəfə taksi və avtomobil parkları operatorlarına yönəlir. Çin istehsalçısı, "Linhui" alt markasını işə salmaqla kommersiya elektrikli avtomobil bazarında hədəfini dəqiqləşdirib. "Bloomberg News"un sektor mənbələrinə istinadən verdiyi məlumata görə, "Linhui" markası altında təqdim olunacaq avtomobillər dayanıqlılıq, yüksək kilometraj performansı və uzunmüddətli əməliyyatlara uyğunluq meyarları əsasında mövqeləndirilib.
Linhui məhsul xətti BYD-nin populyar modelləri əsasən hazırlanan müxtəlif variantları əhatə edir:
Linhui e5 – Qin PLUS sedan əsasında hazırlanmışdır.
Linhui M9 – Xia DM-i çox məqsədli avtomobil əsasında hazırlanmışdır.
Linhui e9 – Han elektrikli sedanın kommersiya istifadəsinə uyğunlaşdırılmış versiyasıdır.
Bu yanaşma BYD-nin mövcud platformalarından istifadə edərək inkişaf xərclərini məhdudlaşdırmaq və kommersiya müştərilərinə daha sürətli həllər təqdim etmək məqsədi daşıyır.
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB












