"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı

Çinin elektrik avtomobili istehsalçısı BYD-nin qlobal satışları avqust ayında 17,8% artaraq 440293 avtomobilə çatıb.
Avtosfer.az xəbər verir ki, bu, şirkətin satışlarının ardıcıl dördüncü ay artmasıdır.
Artımın əsas səbəblərindən biri xarici bazarlara ixracın kəskin yüksəlməsidir. Avqustda BYD-nin xaricə avtomobil tədarükü 134,5% artaraq 189466 ədədə çatıb.
Şirkətin beynəlxalq bazarlarda genişlənməsi Çində avtomobil satışlarının zəifləməsini kompensasiya edir. BYD xüsusilə Avropa, Cənub-Şərqi Asiya və Braziliyada satışlarını artırır.
Braziliya şirkətin ən böyük xarici bazarına çevrilib. BYD burada yerli istehsal ediləcək yeni plug-in hibrid avtomobilini də təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, BYD-nin xarici bazarlardakı güclənməsi şirkətin maliyyə göstəricilərinə də müsbət təsir edir. 2026-cı ilin ilk yarısında şirkətin beynəlxalq bazarlardan əldə etdiyi gəlir ilk dəfə Çindəki gəliri üstələyib./lent.az
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB












