Çin avtomobillərində multimedia sisteminin nasazlığı – EKSPERT RƏYİ

Çin avtomobillərinin multimedia sistemində donmalar və nasazlıqlar Almaniya, Yaponiya və Koreya maşınları ilə müqayisədə daha tez-tez baş verir. Bu hala təkcə ucuz modellərdə deyil, lüks maşınlarda da rast gəlinir. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, Rusiyalı ekspert Vladimir Andreyevin fikrincə, Çin modellərində prosessor gücü və operativ yaddaşın həcmi qarşıya qoyulmuş tapşırıqlara müvafiq deyil. Bəzi hallarda proqram təminatı tam deyil, təkmilləşdirmə tələb edir. İsti havalarda ekranın “donmasına” daha tez-tez rast gəlinir.
Ekspert iddia edir ki, çinli istehsalçılar avtomobillərdə məişət üçün nəzərdə tutulan çiplərdən istifadə etməkdən çəkinmirlər. Halbuki avtomobildə ya sənaye, ya da xüsusi avtomobil çipləri istifadə olunmalıdır. Fərq isə göz qabağındadır.
Məişət üçün nəzərdə tutulan çiplərin iş diapazonu 0°C-dən +70°C-yə qədərdir. Onların sertifikasiyası tələb olunmur, lakin qüsurluluq əmsalı 500-ə qədərdir.
Avtomobil çiplərinə qoyulan tələblər isə sənayedən daha üstündür. Onların iş diapazonu -40°C-dən +150°C-yə qədərdir. Bu çiplər məcburi sertifikasiyadan keçir və qüsurluluq əmsalı birdən azdır (yəni məişətdə istifadə olunanlardan 500 dəfə daha etibarlıdır). Avtomobil çipləri keyfiyyətinə görə yalnız hərbi və aerokosmik sahədə işlənilənlərdən geri qalır.
Belə olduqda maraqlı bir sual ortaya çıxır: Çində çip istehsalı geniş yayıldığı halda, nə üçün avtomobillərdə kondisioner və ya televizorda işlənən çiplər tətbiq edilir?
Vladimir Andreyev bu suala da cavab verir. Ekspert deyir ki, avtomobil çiplərinin sınaq və sertifikasiyası azı 1 il çəkir. Bu, uzun proses olduğu üçün hər il yeni model avtomobil təqdim etmək mümkün deyil. Ən əsası isə, normal çiplərin tətbiqi ilə Çin maşınlarının qiyməti Avropa modellərinə bərabərləşəcək. Bu təqdirdə alıcıların seçiminin necə olacağı da Polişinelin sirridir.
Vüqar
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












