Çin maşını özbaşına hərəkət etməyə başladı - VİDEO

Çində Xiaomi SU7 elektrik avtomobili sahibinin gözləri qarşısında özbaşına hərəkət edib.
Avtosfer.az xəbər verir ki, Çində Xiaomi SU7 elektrik avtomobili sahibi icazə vermədən hərəkət edib.
Hadisə müşahidə kameralarına düşüb.
Kameradan görünür ki, avtomobil evin yaxınlığında park edilmiş vəziyyətdə olub, sahib və bir qadın içəridə olarkən maşın qəfildən işə düşüb və irəli hərəkət etməyə başlayıb. Sahibi maşının arxasınca qaçıb.
Avtomobil sahibi Xiaomi dəstək xidmətinə müraciət edib. İlkin versiyaya görə, məsələ smartfon vasitəsilə uzaqdan işə salma funksiyası ilə bağlı ola bilərdi. Lakin sahib bildirib ki, həmin anda cihaz istifadə edilməyib və hadisənin videosunu sübut kimi təqdim edib.
Hadisə analitiklər arasında müasir elektrik avtomobillərin uzaqdan idarəetmə sistemlərinin etibarlılığı və təhlükəsizliyi barədə müzakirə yaradıb. Mütəxəssislər qeyd edirlər ki, belə funksiyalar rahatlıq təmin edir, lakin qeyri-qanuni hərəkətlərin qarşısını alan nəzarət mexanizmləri tələb edir.(milli.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












