Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO

Çin avtomobillərinin əksər ölkələrdə yayılması və yerli istehsala ciddi rəqabət təşkil etməsi hamıya məlumdur. Lakin, iş təkcə avtomobillə bitmir.
Avtosfer.az xəbər verir ki, hazırda 14 Avropa ölkəsində təkər istehsalı sektorunda birbaşa 75 000 nəfər çalışır. Böyük istehsalçılar artıq ixtisarlara başlayıb, istehsal tempi aşağı düşüb.
Avtosfer.az Belçika mətbuatına istinadla xəbər verir ki, Çin təkərlərinin Avropaya ixracında ciddi artım müşahidıə edilir. Son 5 ildə ittifaqda bu təkərlərin bazar payı 18 faizdən 30 faizə yüksəlib. Ötən il Avropa İttifaqı Çindən 2,5 milyard avroluq təkər ixrac edib.
Rəsmi Brüssel çinli istehsalçıların haqsız rəqabət apardığını düşünür. Dövlətdən ciddi dəstək alan Çin şirkətləri dempinq qiymət təbiq edərək avropalı istehsalçıları bazarda sıxışdırır.
Rəsmi Brüssel çinli təkər istehslçılarına 25-45 faiz arası antidempinq rüsumu tətbiq etmək istəyir. Rüsum minik avtomobili təkərlərinə şamil olunacaq. Avropa şirkətləri isə real nəticə üçün 165 faizlik rüsum tələb edirlər. 2018-ci ildən yük avtomobili və avtobuslara tətbiq edilən rüsum ciddi nəticə vermir. Sözügedən malların Avropa İttifaqına idxalı son 6 ildə 23 faiz artıb.
Vüqar Yaşaroğlu

Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu












