Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində seçiciləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, deputat Bəhrəmtəpə qəsəbəsində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb.
Deputatla görüş zamanı qəsəbə sakinlərinin bir neçə ümumi xahişi də olub.
Belə ki, seçicilər kənd məktəbinə içməli suyun çəkilməsi ilə bağlı xahiş ediblər. Hansı ki içməli su məktəbin 15 metrlik ərazisindən keçir.
Sakinlərin digər xahişi daş-çınqıl “karyer”ləri ilə bağlı olub. Belə ki, yaxınlıqdakı daş-çınqıl “karyer”lərində qanunsuz işlərin getməsi və digər ərazilərin “karyer”lər vasitəsilə zəbt olunması məsələsi də gündəmə gətirilib. Bu da qəsəbədə əlavə toz-torpağın yaranmasına və artıq torpaqların zəbt olunmasına gətirib çıxarıb.
Həmçinin ayağı amputasiya olunmuş seçicilərdən biri əlil arabası ilə təmin olunmasını da xahiş edib. Deputat seçicisini əlil arabası ilə yaxın günlərdə təmin edəcəyinə söz verib.
Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.


Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ












