Çinin avtomobil bazarında yekun mənzərə - Satış planlarını aşanlar və geridə qalanlar

BYD 2025-ci ilin sonuna qədər Çinin ən böyük avtomobil istehsalçısı statusunu qoruyub saxlasa da, istehsal planını tam şəkildə yerinə yetirə bilməyib. Belə ki, şirkət qarşıya qoyulan 5,5 milyon avtomobil istehsalı hədəfinə qarşılıq cəmi 4,6 milyon ədəd avtomobil istehsal edərək planın yalnız 84%-ni reallaşdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "CarNewsChina" məlumat yayıb.
Məlumata görə, Çinin üç ən böyük avtomobil istehsalçısı arasında yalnız "Geely" planlaşdırılan hədəfi artıqlaması ilə yerinə yetirib. Şirkət 3 milyon avtomobil satmağı nəzərdə tutsa da, faktiki satış həcmi 3 024 567 ədəd təşkil edib.
"Chery" isə 3,26 milyon satış hədəfinə qarşı 2 631 381 ədəd satış reallaşdırıb və planın yalnız 80%-dən bir qədər çoxunu icra edib. Bununla belə, "Chery" Çinin aparıcı avtomobil ixracatçısı statusunu qoruyub saxlayıb.
"Great Wall Motor" öhdəliklərini yerinə yetirmək baxımından ən zəif nəticə göstərən şirkət olub. Belə ki, 4 milyonluq satış hədəfinə qarşı cəmi 1 323 672 avtomobil satılaraq planın yalnız 33%-i yerinə yetirilib.
Elektrikli avtomobil bazarına yeni daxil olan "Xiaomi" isə gözləntiləri üstələyib. Şirkət 2025-ci ildə 350 min avtomobil satmağı planlaşdırsa da, faktiki göstərici 400 mindən çox olub ki, bu da planın təxminən 115%-i deməkdir.
"XPeng" 350 min avtomobil satışı hədəfinə qarşı 430 min ədəd avtomobil sataraq planı 123% səviyyəsində yerinə yetirib. "Leapmotor" isə hədəfini təxminən 20% üstələyərək 596 500 satış reallaşdırıb.
"Li Auto" (Lixiang) isə planlaşdırılan satış həcminin yalnız 63%-nə nail olub (Oxu.az).
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir
Ən çox satılan da odur, ən zərərlisi də... – Sürücülərin DİQQƏTİNƏ!
Maşını doludan belə qorumaq olar - Mütəxəssislərdən tövsiyə
Mexaniki sürətlər qutusunun beyin üçün faydası – TƏDQİQAT










