Çinin bu qərarı elektromobil istehsalını təhdid edir

Çin ABŞ-yə və Avropa İttifaqına nadir metalların ixracına təkrar məhdudiyyət tətbiq edib. Bu 2 istiqamətdə ixracat demək olar dayanıb.
Avtosfer.az xəbər verir ki, Çinin bu addımı ilk növbədə elektromobil istehsalını təhdid edir. Holmium, avropium, itterbium və digər 14 metal olmadan elektromobil istehsalı mümkün deyil. Elektrik mühərrikləri güclü daimi maqnit tələb edir. Sözügedən kimyəvi elementlər olmadan bu maqnitlərin istehsalı mümkün deyil.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə Çin nadir metalların hasilatının 61, emalının isə 92 faizinə nəazarət edir. ABŞ və Avropa vəziyyətdən çıxış yolu kimi
Afrikada yataqlar axtarır. Bu yataqlarda hasilat isə ən optimist proqnozla 2029-cu ildə başlayacaq.
Bundan əlavə, Pekinin tətbiq etdiyi məhdudiyyətlər ABŞ və Avropada hərbi sənayeni və tibb sahəsini də təhdid edir. Lazer cərrahiyyəsi və MRT üçün tələb olunan avadanlıqların istehsalı nadir metallar olmadan mümkün deyil.
Rəsmi Pekinin yeni qərarı elektromobil ixracına təsir etməyəcək.
Vüqar
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












