Dəniz limanında elektromobil tıxacı

Avropalılar istəmir, çinlilər isə göndərirlər.
Avtosfer.az xəbər verir ki, dünyanın ən böyük avtomobildaşıma limanı bir aylardır yer problemi ilə üzləşib. Söhbət Niderlandın Antverpen limanından gedir.
Vəziyyət o həddə çatıb ki, limanda artıq Çin istehsalı olan elektromobilləri yığmaq üçün yer qalmayıb. Liman rəhbərliyi bildirir ki, əməkdaşlar boş yer tapan kimi oranı parkinqə çevirirlər. Bəzi maşınlar burada ildən çoxdur gözləyir.
Limandan 80 kilometr aralıdakı Zibruq şəhərində də parkinqlər Çin maşınları ilə dolub-daşır. Liman 2023-cü ildə 3,5 milyon avtomobil qəbul edib və yola salıb. 2024-cü ilin statistikası hələ hazır deyil.
Liman rəhbərliyi bildirir ki, onlar Çin avtomobillərinin axınının qarşısında acizdirlər. Ən maraqlısı isə budur ki, Avropada elektromobil satışı minimuma ensə də, çinli istehsalçılar maşın göndərməyə davam edirlər.
Səbəbini isə yalnız çinlilər özləri bilirlər.
Vüqar Yaşaroğlu
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












