Deputat seçicilərini dinlədi

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə seçiciləri ilə növbəti dəfə görüşüb.
Modern.az xəbər verir ki, deputat bu dəfə Beyləqanın Sarısu kəndində seçiciləri ilə bir araya gəlib.
Görüş zamanı kənd sakinləri və seçicilər kənd yolunun bərbad vəziyyətdə olması, eləcə də, içməli suyun olmamasını deputatın diqqətinə çatdırıblar. Seçicilərin digər xahişi kənddəki məktəblə bağlı olub.
Belə ki, kənddə yeni məktəbin tikilməsinə baxmayaraq, 11 illik təhsil sisteminə keçilməyib. Bu da kənd şagirdləri üçün əlavə problemlər yaradır. Yaxınlıqdakı kənd məktəblərində 11 illik təhsil sistemi mövcud olsa da, məsafə 5-7 km-dir. Belə olan təqdirdə kənd məktəbində təhsil alan qızlar 9-cu sinifdən sonra təhsildən yayınırlar. Çünki qonşu kənd məktəbinə getmək üçün imkan yoxdur.
Çingiz Qənizadə məktəbin 11 illik təhsil sisteminə keçirilməsi təklifi ilə bağlı əvvəllər Təhsil Nazirliyinə məlumat verdiyini vurğulayıb. Deputatın sözlərinə görə, kənd məktəbində kadr çatışmazlığı yoxdur. Kifayət qədər müəllim var. Deputat seçicilərə yaxın günlərdə bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edəcəyi barədə söz verib.
Həmçinin, görüşdə çıxış edən parlament üzvü, seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verib.
Deputat sonda seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləyib, həmçinin ərizə və müraciətləri qəbul edib və hər bir müraciətə baxılacağını seçicilərinin diqqətinə çatdırıb.
Avtomobil kondisionerləri ilə bağlı ciddi səhv - FOTO
Elektromobilin əsas nasazlığının həlli tapıldı
Maşın almaq istəyənlərin nəzərinə! - Vəziyyət dəyişir
Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Akkumulyatoru necə düzgün çıxarmalı? - FOTO
Radiatoru korroziyadan necə qorumaq olar? - FOTO
Avtomobillərə maraq niyə azalıb? - Maşın bazarında durğunluq - VİDEO
Avtomobil bazarı saxta detalların əsirinə çevrilib? – ""Zirzəmi malları"orijinal adı ilə satılır"
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır - FOTO
"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?
Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR - VİDEO










