Dubayın lüks avtomobil bazarı canlanır

Dubay 30 ildən çoxdur dünyanın aparıcı avtomobil satışı mərkəzinə çevrilib. Region ölkələrinə buradan hər il yüz minlərlə avtomobil daşınır.
ABŞ-İran-İsrail qarşıdurmasından sonra Yaxın Şərqin lüks avtomobil bazarı təhlükə altına düşüb. Tələbat minimuma enib.
Avtosfer.az xəbər verir ki, həcm baxımından Yaxın Şərq regionu lüks avtomobil istehsalçılarının qlobal satışlarının 10 faizdən azını təşkil edir.
Mənfəət baxımından isə regionun çəkisi çox yüksəkdir.
Standart komplektasiyalı “Rolls-Royce Phantom” avtomobilinin qiyməti təxminən 570 min dollardır. Lakin varlı Körfəz alıcıları üçün xüsusi opsiyalar sayəsində qiyməti üçqat artıq ola bilər.
Lakin lüks avtomobil dilerlərinin çoxu 28 fevralda müharibə başladıqdan sonra fəaliyyətini müvəqqəti dayandırıb. “Ferrari” və “Mazerati” ötən ay Dubaya avtomobil çatdırmayıbb.
Lüks avtomobil satıcısı Kris Bull Dubaydakı satış mərkəzinin qapılarını yenidən açıb. Onun salonu əsasən “Ferrari” və “Bugatti” avtomobilləri ilə tanınır. Qiymətlər 250 min dollardan 14 milyon dollara qədər dəyişir: “Salonumuza gələnlərin və satılan maşınların həcmi baxımından azalma olsa da, Dubay güclü olaraq qalır. Biz məhdud istehsallı avtomobillərdə ixtisaslaşmışıq.
Qiyməti 1 milyon dollardan 9 milyona qədər. Gündəlik əlaqədə olduğumuz müştərilər hələ də buradadırlar. Avropada böyük bazar var. ABŞ-da daha böyük bazar var. Körfəz Əməkdaşlıq Şurasının bazarı isə daha güclüdür. Lakin, faizlə baxsanız, satışlarımızda 15-25% azalma olduğunu deyə bilərəm”.
Bununla belə, dilerlər vəziyyətin yaxşılaşacağına ümidini itirmirlər. “Bu region son 25 ildə avtomobil, saat, çanta və sair lüks mallarla sinonim olub və yenə də güclənərək inkişaf edəcək. Hər bir ölkənin, hər bir iqtisadiyyatın, hər bir regionun zirvələri və enişləri var. Düşünürəm ki, yaydan sonra Dubayı əvvəlki vəziyyətinə, bəlkə də daha yaxşı vəziyyətinə qaytaracağıq” – deyə Kris Bull əminliyini bildirib.
Diler bildirir ki, yenidən açılandan bəri biznes 30% azalsa da, 1,4 milyon dollardan çox qiymətə avtomobillərin satışları bir neçə gündür sabitləşib.
Vüqar
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA












