Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

Etibarlılıq istənilən avtomobilin alınması zamanı diqqət yetirilən ən vacib kriterilərdən birdir. Avtosfer.az “Finans.az”a istinadən xəbər verir ki, “J. D. Power” analitik agentliyinin Britaniya bölməsinin ekspertləri 100 maşına düşən orta sınma səviyyəsini hesablayaraq 3 ilə kimi olan ən etibarlı avtomobillərin reytinqini hazırlayıblar.
Reytinqə “Peugeot” başçılıq edir. Sonrakı yerləri müvafiq olaraq “Skoda”, “Hyundai”, “Nissan”, “Suzuki”, “Opel”, “KİA”, “Mİni”, “Ford” və “Volvo” tutur.
Modellər arasında alındıqdan üç il ərzində ən az sınma “Volkswagen Up”, “Tiguan” “Passat”, “Hyundai i10” və i20, “Peugeot 108”, 208, 2008 и 3008, “Skoda Octavia”, “Seat Leon”, “Opel Insignia”, “Mokka” və “Zafira”, “Ford Focus”, “C-Max” və “Fiesta”, “Honda CR-V”, “Mercedes-Benz C-Class” və “Е-Class”, həmçinin “Citroen C4 Picasso” və “Nissan Juke”da qeydə alınıb.
Ekspertlərin hazırladığı antireytinqdə isə ən problemli “BMW” avtomobilləri olub. Autsayderlərin onluğunda növbəti yerləri müvafiq olaraq “Fiat”, “Audi”, “Jaguar”, “Land Rover”, “Mercedes Benz”, “Toyota”, “Citroen”, “Renault” və “Mazda” avtomobilləri tutub.
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?












