Efiopiya elektromobilləşmədə necə lider oldu?

Afrika ölkələri dedikdə ilk ağlımıza gələn səhralıq, iqtisadi gerilik, təhsilsizlik və sair buna oxşar hallardır. Lakin bunun əksi də baş verə bilər. Elə elektromobilə keçidin Efiopiya modeli kimi.
Avtosfer.az xəbər verir ki, bu Afrika ölkəsində elektromobilə məcburi keçid iqtisadi şəraitin diqtəsi ilə olub. Ölkədə yanacaq idxalı və satışına uzun illər verilmiş subsidiyalar 2023-cü ildə defoltla (iqtisadi çöküş) nəticələndi və hökumət Beynəlxalq Valyuta Fondundan 3,4 milyard dollar yardım almağa məcbur oldu.
Neft asılılığından qurtulmaq üçün hökumət radikal addımlar atdı. 2024-cü ilin yanvarında Efiopya daxiliyanma mühərrikli avtomobil idxalını qadağan edən ilk ölkə kimi tarixə düşdü.
Təsəvvür edin, qadağa hansısa Avropa ölkəsində deyil, “Qara qitə”də reallaşır!
Bununla yanaşı, gömrük siyasəti də dəyişdi. Elektromobillər üçün vergi 15 faizə, detallar üçün 5 faizə endirildi. Yerli elektromobil yığımı üçün komplektləşdiricilər isə ümumiyyətlə vergidən azad edildi. Beləliklə, təzə elektromobilin qiyməti işlənmiş benzin mühərrikli avtomobillə bərabərləşdi.
Cəmi 2 il ərzində bazarın vəziyyəti kifayət qədər dəyişdi. Artıq ölkədə 100 mindən çox elektromobil istismar edilir. Avtoparkda elektrik mühərrikli texnikanın payı 1 faizdən 6 faizə qalxıb. Müqayisə üçün, dünya üzrə orta göstərici 4 faizi keçmir.
Bu gün Efiopiyada 100 kilometr yolu elektromobillə getmək təxminən 2,5 manata, benzin avtomobillə isə 8 manata başa gəlir.
Ölkədə 17 müəssisə elektromobil yığır. Məqsəd bunların sayını 2030-cu ilədək 60-a, elektromobil sayını isə 500 minə çatdırmaqdır.
İnfrastruktur da yaddan çıxmır: ölkədə artıq 500 doldurma stansiyası işləyir.
Efiopiyanın avtomobil parkı ilə bağlı daha ətraflı məlumat aşağıdakı linkdə:
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












