"Elektrik avtomobili idxal edənlər vergidən azad olunmalı deyil" - Deputat

"Elektrik avtomobillərinin idxalı ilə bağlı vergilərdə rüsumları azad etmişik. Əgər köhnə avtomobillərin ölkəyə daxil olmasını qadağan etmək istəyiriksə, yaxud, hamının elektrik avtomobili almasını stimullaşdırmaq istəyiriksə, bu çox yaxşıdır. O zaman köhnə avtomobillərə, benzinlə işləyən avtomobillərə daha çox idxal rüsumu tətbiq olunmalıdır. Məsələn, 3 ildən artıq istifadə olunan avtomobillərin ölkəyə girişinə qadağa qoyulmalıdır".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Bir adam 1000 manatlıq telefon alanda idxal rüsumu ödəyirsə, 21-22 min manatlıq elektrik avtomobili alan adam niyə vergi ödəməsin? Vergini hamı ödəməlidir. Onu idxal edən də ödəmlidir. Bilmirəm bu avtomobillərin idxalı ilə hansı şirkətlər məşğuldur. İstəyiriksə bunu stimullaşdıraq, o halda digərlərinə vergini artırmalıyıq ki, onlar gətirməsinlər. Elektrik avtomobili idxal edənlər vergidən azad olunmamalıdır", - deyə deputat bildirib.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












