Banner

Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı

Avtoxəbər 22 Yanvar 2026 00:00
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Elektrikli avtomobillərin Azərbaycanda sürətlə artması onların yaşayış sahələrində necə şarj edilə bilməsi məsələsini gündəmə gətirib. Xüsusilə həyət evlərində və çoxmənzilli binalarda qoşulma qaydaları, təhlükəsizlik normaları və qanunvericilikdə nəzərdə tutulan cərimələr aktuallaşıb.

Təhsil müəssisələri yaxınlığında səs-küy salmağa görə cərimə tətbiq edilməlidir? – Ekoloqdan AÇIQLAMA

Avtosfer.az xəbər verir ki, bu barədə “Nocomment” məsələ ilə bağlı tələbləri araşdırıb.

Fərdi həyət evlərində elektrikli avtomobillər üçün şarj avadanlığının quraşdırılmasına icazə verilir.

Lakin bunun üçün mütləq olaraq “Azərişıq”dan texniki şərtin alınması tələb olunur. Quraşdırılan avadanlıq sertifikatlı olmalı, elektrik xətti şarj cihazının gücünə uyğunlaşdırılmalı və proses yalnız rəsmi icazə əsasında icra edilməlidir. Şəbəkəyə özbaşına müdaxilə isə qəti şəkildə qadağandır.

Çoxmənzilli binalarda – blokların həyətində, qarajlarda, zirzəmilərdə və ya mənzilin sayğacından birbaşa xətt çəkərək maşın şarj etmək qanunla qadağandır.

Bunun bir neçə səbəbi var: binaların ümumi elektrik infrastrukturu yüksək güclü şarj cihazlarını qaldırmır, belə qoşulmalar yanğın-təhlükəsizlik riskini artırır, ümumi şəbəkədən gizli enerji götürülməsi enerji oğurluğu kimi qiymətləndirilə bilər və özbaşına xətt çəkmək inzibati məsuliyyət yaradır. Çoxmənzilli binalarda rəsmi şarj məntəqəsi yalnız bina idarəçiliyinin razılığı, “Azərişıq”ın texniki şərti və layihə əsasında yaradıla bilər.

Ana-bacı söyüşü söyənlər niyə məsuliyyətə cəlb edilmir? – Vəkildən AÇIQLAMA

Elektrikli avtomobillər üçün şarj xəttinə qoşulma qiymətləri

Tarif (Qiymət) Şurası tərəfindən təsdiqlənmiş rəsmi tariflərə əsasən, elektrik şəbəkəsinə qoşulma üçün ödəniş məbləğləri müəyyən olunub.

Məlumata görə, fərdi həyət evlərində və təsərrüfat obyektlərində yeni şarj xəttinin çəkilməsi üçün “Azərişıq”dan texniki şərt alındıqdan sonra qoşulma xidməti aşağıdakı tariflərlə hesablanır:

– 1 fazlı elektrik təchizatı üzrə 10 kVt-a qədər gücə qoşulma üçün tarif hər kVt üçün 40 manat təşkil edir.

– 1 fazlı təchizat 10 kVt-dan yüksək olduqda bu məbləğ kVt başına 60 manat olur.

– 3 fazlı aşağı gərginlikli şəbəkəyə qoşulma üçün tarif kVt-a 293 manatdır.

– Orta gərginlikli şəbəkəyə qoşulma isə kVt-a 170 manat olmaqla hesablanır.

Sərxoş sürücü piyada keçidində ana və uşaqlarını vurdu – VİDEO

Qaydalar göstərir ki, qoşulma prosesində abonentin tələb etdiyi güc əsas götürülür və ödəniş ümumi tələb olunan kVt gücü ilə tarifin hasilinə görə formalaşır. Məsələn, 3 kVt-lıq sadə bir qoşulma üçün xərclər təxminən 120 manat təşkil edir. Daha yüksək güc və ya 3 fazalı qoşulma tələb olunduqda məbləğ artır. Rəsmi tarif yalnız şəbəkəyə qoşulma xidmətini əhatə edir. Şarj stansiyasının avadanlığı, kabel xəttinin çəkilməsi və layihələndirmə kimi işlər əlavə xərc hesab olunur və texniki şərtdən asılı olaraq dəyişə bilər.

Qanunsuz qoşulma halları isə qanunvericiliklə ciddi şəkildə cəzalandırılır.

Şəbəkəyə özbaşına müdaxilə və ev şəraitində qeyri-qanuni xətt çəkmə hallarına görə ciddi cərimələr tətbiq olunur və belə qoşulmalar həm təhlükəsizlik, həm də texniki baxımdan yolverilməzdir.

İnzibati Xətalar Məcəlləsinin 188-ci maddəsinə əsasən, elektrik enerjisindən icazəsiz istifadə edən fiziki şəxslər 1000–2000 manat cərimələnir və dəymiş ziyanı ödəməli olur. Vəzifəli şəxslər üçün bu məbləğ 1500–2500 manat, hüquqi şəxslər üçün isə 5000–7000 manatdır.

Elektrik təsərrüfatına qanunsuz müdaxilə – kabelə müdaxilə edilməsi, özbaşına xətt çəkilməsi, təhlükəsizlik normalarının pozulması – fiziki şəxslər üçün 300–600 manat, vəzifəli şəxslər üçün 1000–1500 manat, hüquqi şəxslər üçün isə 2000–3000 manat cərimə ilə nəticələnir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması isə əlavə olaraq 100–300 manat, vəzifəli şəxslər üçün isə 300–600 manat cərimə nəzərdə tutur.

Elektrikli avtomobil sahiblərinə yalnız rəsmi icazə əsasında və standartlara uyğun qoşulma həyata keçirmələri tövsiyə olunur.

Beləliklə, həyət evlərində şarj avadanlığının quraşdırılması yalnız texniki tələblər və rəsmi icazələr çərçivəsində mümkündür. Çoxmənzilli binalarda özbaşına xətt çəkməklə avtomobil şarj etmək qanunsuzdur və yüksək məbləğli cərimələr tətbiq olunur. Elektrikli avtomobil sahiblərinin təhlükəsizlik və hüquqi məsuliyyət baxımından bu qaydalara riayət etməsi vacibdir.

Oxunub 174
ŞƏRH YAZ
Ad

E-mail

Şərh