Elektrikli maşınlara keçid məcburiləşdi - Yanacaq tapılmır

Dünya yenə çalxalanır, barıt qoxusu hər tərəfi bürüyüb. Biz elə bilirik ki, müharibə ancaq ekranlardadır, uzaqlardadır. Amma yanılıırıq. Cəbhədə atılan hər mərmi, dənizdə vurulan hər tanker birbaşa bizim cibimizə, gündəlik həyatımıza, hətta, birbaşa avtomobilimizin yanacaq çəninə hədəflənib. Müharibə tək qan və göz yaşı deyil, həm də boşalan yanacaqdoldurma məntəqələridir.
Bu gün qlobal bazarlarda enerji xərcləri kəllə-çarxa çıxır. Çoxları bu sual ətrafında baş sındırır: Sabah yanacaq tapılacaq, yoxsa tapılmayacaq? Əgər tapsaq belə, hansı qiymətə?
Avtosfer.az xəbər verir ki, artıq “az yandırır” deyib aldığımız o dizel mühərrikli maşınlar belə dəbdən düşür. İnsanlar qorxu içindədir, çünki yanacaq qıtlığı zəncirvari reaksiya deməkdir. Maşın dayanarsa, həyat dayanar.
Baxın, statistika da yalan demir. Son bir ildə hibrid və elektrikli avtomobillərə tələbatın 40 faiz artması sadəcə “ekologiya sevgisi” deyil. Bu, bir növ sağ qalma instinktidir. İnsanlar anlayırlar ki, neft kranlarının kiminsə əlində oyuncağa çevrildiyi bir dövrdə elektrik ən azından ümid işığıdır. Təkcə şəhər içi rahatlıq üçün yox, həm də sabahın qeyri-müəyyənliyindən sığortalanmaq üçün bu keçid sürətlənir.
İkinci əl bazarında da vəziyyət eynidir. Kiminsə aksesuarları, maşının rəngi və ya markası artıq heç kimi maraqlandırmır. İlanlarda ilk baxılan yer “100 kilometrə nə qədər işlədir?” sualının cavabıdır. Çünki yanacaq tapmaq müşkülə çevriləndə o bahalı maşınlar sadəcə qapıda qalan dəmir parçasına çevriləcək.
Ekspertlər 2030-cu ilə qədər böyük dəyişiklik proqnozlaşdırırlar. Amma reallıq budur ki, bu çevrilmə proqnozla yox, məcburiyyətlə gəlir. Markaların dizel istehsalını dayandırması, dövlətlərin vergi güzəştləri, hamısı bizi bir nöqtəyə gətirir. Müharibə şəraiti bu prosesi daha da qaçılmaz edir.//Demokrat.az
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












