Elektromobil etibarlıdır, yoxsa klassik avtomobil? – TƏDQİQAT

Bu sual son 4-5 ildə çoxlarını düşündürüb. Lakin əksər hallarda cavablar subyektiv mülahizələrə əsaslanır. Nəhayət, almanlar sualın cavabını tapıblar.
Avtosfer.az xəbər verir ki, Alman Avtomobil Klubu ADAC 2024-cü ildə servisə müraciət etmiş 3,6 milyon avtomobilin nasazlıqlarını araşdırıb. Məlum olub ki, hər 1000 elektromobildə 4,2 nasazlıq qeydə alındığı halda, eyni yaşda olan hər avtomobildə (benzin və dizel) 10,4 nasazlıq qeydə alınıb.
Elektromobil və avtomobillərin ümumi zəif nöqtəsi 12 voltluq akkumulyator batareyasıdır. Servisə müraciət edən elektromobillərin 50, avtomobillərin isə 45 faizində batareya problemi qeydə alınıb.
Elektromobillərin daha etibarlı olmasına və az qulluq tələb etməsinə səbəb konstruksiyanın sadə olmasıdır. Onlarda ənənəvi avtomobillərdəki kimi dəqiq emal tələb edən detallar (kardan valı, dirsəkli val, dişli çarxlar) yoxdur, yüksək təzyiqli yağlama və mürəkkəb sosyutma sisteminə zərurət aradan qalxıb və s.
Avropalı jurnalistlər elektromobillərin zəif nöqtəsi olaraq təkərlərin sürətlə aşınmasını qeyd ediblər. Səbəb texnikanın ağır olması və tez sürətlənməsidir.
Alman mühəndislər bir vacib faktı da qeyd edirlər: elektromobillər hələ ki təzədir. Daha real nəticə üçün 5-10 il sonra təkrar araşdırma lazım gələcək.
Vüqar Yaşaroğlu
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












