Elektromobilin əsas nasazlığının həlli tapıldı

2 illik tədqiqatdan sonra avstriyalı mühəndislər elektromobilin əsas nasazlığının həlli yolunu tapdıqlarını bildiriblər.
Avtosfer.az xəbər verir ki, onlar çarə olaraq 12 voltluq akkumulyatoru ləğv etməyi təklif edirlər. İdeya istehsalata tətbiq edilərsə, elektromobilin başlıca problemi aradan qalxar.
Alman Avtomobil Klubu ADAC bildirir ki, elektromobillərdə baş verən nasazlıqların 50 faizdən çoxu 12 voltluq şəbəkədən qaynaqlanır. Bu şəbəkə bütün sistemi idarə edir. Qapıların açılması, şüşəsilənlər, faralar və digər avadanlıqlar da aşağı gərginlikli şəbəkədən qidalanır. Hətta batareya 100 faiz dolu olsa belə, 12 V sistem nasaz olduqda maşını hərəkətə gətirmək mümkün deyil. Çünki idarəetmə sistemini aşağı gərginlikli şəbəkə işə salır.
Buna görə də avstriyalı tədqiqatçılar 12 voltluq akkumulyatoru ləğv edərək 800 voltluq batareyadan qidalanmanı təklif edirlər. Lakin bu, asan proses deyil. Onun reallaşması üçün yüksək gərginliyi aşağı gərginliyə, dəyişən cərəyanı sabit cərəyana çevirən sistem qurulmalıdır. Bu da maşının konstruksiyasında və istehsalatda ciddi dəyişiklik tələb edir.
Təklif tətbiqini taparsa, elektromobillərin etibarlılığı da artar.
Vüqar
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












