Elektromobilin qış problemləri

Qış istənilən texnika üçün çətin sınaq dövrüdür. Sürücülərin qışda qarşılaşdığı əsas problemlər akkumulyatorların zəifləməsi, mühərrikin pis işləməsi, və ya ümumiyyətlə işə düşməməsidir. Hava soyuyan kimi “peremıçka” axtaran sürücülərin sayı artır.
Avtosfer.az xəbər verir ki, qış elektromobillər üçün də çətindir. Onların ən böyük problemi batareyaların tez boşalmasıdır. Bəzi hallarda soyuq havalarda batareyanın resursu zavod göstəricisinin 30 faizinədək enə bilir. Bu da sürücünün hərəkət traektoriyasını məhdudlaşdırır, əlavə vaxtını alır. Sürücü və sərnişinlər üçün soyuq maşında hərəkət isə başqa bir söhbətin mövzusudur.
Elektromobil sürücüləri üçün digər problem güc kabellərinin (alt hissədə) və dolfurma kabelinin rütubətin təsirinə məruz qalmasıdır. Elektromobilin özündəki kabellərdə bu problem ciddi olmasa da, doldurma kabelində belə hallar tez-tez olur. Səbəb sürücümüm kabeldən düzgün itifadə etməməsidir.
Qeyd edək ki, bu problemlər təkcə soyuq ölkələrə şamil edilmir. Azərbaycan kimi mülayim, lakin rütubətli iqlimli ölkələrdə də belə hallar baş verə bilər.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












