Elektromobillər elektrik enerjisi tədarükünün balanslaşdırılması şəbəkəsinə qoşulacaq - FOTO

Çin elektriklə işləyən avtomobillərin illik satışında və elektromobil parkının həcminə görə dünya lideridir. Bu məqsədlə hökumət doqquz şəhərdə tələbat artımı zamanı şəbəkəni dəstəkləmək üçün ölkənin artan elektrik avtomobil parkından akkumulyator kimi istifadə edəcək pilot layihələrə başlamağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə aprelin 2-də Çin hökuməti məlumat yayıb. Beləliklə, bu ölkədə iki istiqamətli doldurma sistemi tətbiq ediləcək və bu sistemdə elektromobil təkcə şəbəkədən yüklənmir, həm də elektrik enerjisini geri qaytarır, eyni zamanda, effektiv şəkildə elektrik şəbəkəsi üçün enerji saxlama cihazı kimi çıxış edir (Vehicle To Grid, qısaldılmış V2G).
“Reuters” xəbər verir ki, bu addım elektrik nəqliyyat vasitələrinin sürətlə qəbulunun enerji istehsalı və ötürülməsi sistemlərini alt-üst edəcəyi ilə bağlı narahatlıqlar fonunda yeni enerji nəqliyyat vasitələrinin şəbəkəyə inteqrasiyasını gücləndirmək üçün Milli İnkişaf və İslahat Komissiyası (NDRC) tərəfindən keçən il qəbul edilmiş qaydalara uyğundur.

Elektromobillər akkumulyator kimi fəaliyyət göstərəcək, enerjini saxlayacaq və onu yenidən şəbəkəyə göndərəcək. Qoşulmuş nəqliyyat vasitələri də pik dövrlərdən qaçmaq və tezliklərin tənzimlənməsi kimi kritik xidmətləri təmin etmək üçün şarj vaxtlarını tənzimləyə biləcəklər. Bu xidmətlərin təmin edilməsi ev sahibləri və ya enerji doldurma məntəqəsi operatorları üçün potensial alternativ gəlir mənbəyi ola bilər.
2030-cu ilə qədər Çində nəqliyyat vasitələri ilə şəbəkələrin qarşılıqlı əlaqəsinin standart sisteminin əsasən başa çatdırılması, bazar mexanizminin daha da təkmilləşdirilməsi, elektromobil-şəbəkə qarşılıqlı əlaqəsinin geniş miqyasda tətbiqi planlaşdırılır. Elektrikli nəqliyyat vasitələri elektrokimyəvi enerji saxlama sisteminin mühüm hissəsinə çevriləcək. İki istiqamətli yükləmə ilə Çin elektrik şəbəkəsini on milyonlarla kilovatlıq çevik enerji tənzimlənməsi ilə təmin etməyi hədəfləyir.(azərtac)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










