Elektromobillər üçün katalizatorsuz səsboğan: əyləncə, yoxsa zərurət?

Ömründə bir dəfə də olsa elektromobilə, metroya, tramvaya və ya trolleybusa minən adam bilir ki, bu texnikalar səssiz və qazsızdır. Buna görə də, onlara heç bir qaz xaricetmə sistemi lazım deyil. Belə olduğu halda istehsalçı niyə özünü əlavə xərcə salmalıdır? Lakin Stellantis başqa cür düşünür.
Avtosfer. az xəbər verir ki, Stellantis qrupu ABŞ-də istehsal edilən avtomobillərinə səsboğan quraşdıracaq. Lakin bu, hansısa nostalgiya və ya səsi azaltmaq üçün nəzərdə tutulmur.
Elektrik mühərriki işləyərkən qaz xaric olmadığı üçün səsboğana da ehtiyac yoxdur. Elə buna görə də, səsboğan mühərriklə deyil, batareyalarla əlaqələndirilir.
Batareyada yanğın və ya digər nasazlıq olduğu təqdirdə qazların kənarlaşdırılması üçün belə bir sistemə ehtiyac var. Artıq bu detal ABŞ-də patent alıb. Avropa modellərinə isə onun tətbiqi hələ ki nəzərdə tutulmur.
Vüqar
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












