Elektromobillərin xidməti haqqında danışılmayan vacib aspektlər

Yəqin ki, elektromobillərin ənənəvi avtomobillər kimi xidmət tələb etmədiyi barədə eşitmisiniz. Amma bu həqiqətən belədir?
Avtosfer.az-ın məlumatına görə, pravda.ru-nun avtomobil ekspertləri bu mifin arxasında nə durduğunu araşdırıb.
Elektromobillərin əsas üstünlükləri
Elektromobillərin həqiqətən bir sıra üstünlükləri var: onlar daha ekoloji təmizdir, istismar xərcləri azdır və daha az xidmət tələb edir. Bununla belə, bu o demək deyil ki, elektromobillər qayğı və diqqətə ehtiyac duymurlar.
Əsas nələrə xidmət göstərilməlidir?
Elektromobillər benzin analoqları kimi yağ dəyişdirməyi tələb etməsə də, onlar hələ də müntəzəm xidmətə ehtiyac duyurlar. Diqqət yetirilməli olan vacib məqamlar bunlardır:
Əyləc sistemləri: Elektromobillər rekuperasiyadan istifadə etdiyindən əyləclər daha yavaş aşınır. Lakin burada bir maraqlı məqam var. Mütəxəssislərin sözlərinə görə, daha az istifadə intensivliyi səbəbindən əyləc mexanizmlərində pas və çirk yığıla bilər. Bu isə əyləcləmə effektivliyinə mənfi təsir göstərir və diskin sürtünmə səthinə, əyləc qəliblərinin bərkidilməsinə, porşenə və istiqamətləndirici barmaqlara təsir edir. Buna görə də, onları yenə də yoxlamaq lazımdır.
Soyutma sistemi: Elektromobillərin də vaxtaşırı nəzarət tələb edən soyutma sistemi var.
Batareya: Elektromobilin həyati vacib elementi olub, müvafiq vəziyyətdə saxlanılmalıdır. İstehsalçılar batareyaları "sıfıra" qədər boşaltmamağı, 100%-ə qədər doldurmamağı və yüksək voltajlı sürətli "doldurma" stansiyalarından tez-tez istifadə etməməyi tövsiyə edirlər. Bütün bunlar batareyanın ömrünə təsir edir.
Nəhayət, daxili yanma mühərrikli avtomobil sahibləri kimi, elektromobil sürücüləri də şinlərin yeyilməsinə nəzarət etməli, salon filtrini və şüşəsilən fırçalarını dəyişdirməli, şüşəyuyan mayeni əlavə etməli və hər beş-yeddi ildən bir 12 voltluq batareyanı dəyişdirməlidirlər. Əgər o boşalarsa, maşın ümumiyyətlə işə düşməyəcək.
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










